5 Kasım 2016 Cumartesi

Usaqlar5.gif Bu məqalənin Uşaqlar üçün versiyası mövcuddur.
Hüceyrənin daxili quruluşu
Hüceyrə – Elmə məlum olan canlı orqanizmlərin (yarı-canlı sayılan viruslar istisna olmaqla) əsas quruluş, funksional və bioloji vahidi.[1]Hüceyrə sərbəst şəkildə bölünə bilən ən kiçik canlı hissədir və buna görə də bir çox halda "həyatın inşat bloku" adlanır. Hüceyrəni öyrənən elm sahəsinə sitologiya deyilir.
Hüceyrə tərkibində zülal və nukleotid turşuları kimi bir çox biomolekul olan sitoplazma və onu əhatə edən membrandan təşkil olunmuşdur.[1] Orqanizmlər birhüceyrəli (bakteriyalar) və çöxhüceyrəli (bitkilər və heyvanlar) olmaqla iki qrupa bölünürlər. Heyvanlarda və insanlarda növündən asılı olaraq hüceyrə sayı müxtəlif olur, insanlarda isə 10 trilyon (1012)-dan artıq hüceyrə var. Bir çox bitki və heyvan hüceyrəsi 1-100 mikrometr ölçüsündə olub sadəcə mikroskop altında görünür.
Hüceyrə 1665-ci ildə Robert Huk tərəfindən kəşf edilmişdi.[2]
Son on ildə elektron mikroskopiyasının, rentgenostruktor analiz, differensial sentrifuqadan keçirmə və başqa müasir tədqiqat üsullarının köməyi ilə bitki hüceyrəsi, hüceyrə orqanoidləri və onların funksional ixtisaslaşdırılması barədəki anlayışlar genişlənmiş və dərinləşmişdir.

Hüceyrənin kəşfi[redaktə | əsas redaktə]

İlk dəfə olaraq ingilis alimi Robert Huk hüceyrəni kəşf etmişdir. 1665-ci ildə bioloji toxumadan – lat. Quercus suber ağacından hazırlanmış tıxacın (probkanın) nazik kəsiyinə özü tərəfindən təkmilləşdirilmiş mikroskop altında baxarkən, tıxac kəsiyinin çoxlu sayda hücrəciklərdən ibarət olduğunu görmüş və onlara ing. cell – hüceyrə adı vermişdır.
1675-ci ildə italyan həkimi Marçello Malpigi və 1682-ci ildə ingilis botaniki Qrü Neemiya bitkilərin hüceyrələrdən təşkil olunduğunu təsdiqləmişlər. İlk dəfə olaraq hüceyrə – "qidalı şirə dolu qovuq" mənasını daşımış olur. 1674-cü ildə holland Anton van Levenhuk (ing. Anton van Leeuwenhoek, 1632-1723) mikroskopun köməyi ilə ilk dəfə su damcısında hərəkət edən təkhüceyrəli canlıları – ibtidailəri — infuzor tərlikamöbbakteriyalar və eritrositlərispermatozoidləri müşahidə etmişdir. 1802-1808-ci illərdə fransız tədqiqatçısı Şarl-Fransua Mirbel müəyyən etmişdir ki, bütün bitkilər hüceyrələrin əmələ gətirmiş olduqları toxumalardan ibarətdirlər. Jan-Batist Lamark isə 1809-cu ildə sübut etmişdir ki, heyvanlar da bitkilər kimi hüceyrələrin əmələ gətirmiş olduqları toxumalardan ibarətdirlər. 1825-ci ildə çex alimi Purkine Y. quş yumurta hüceyrəsinin nüvəsini aşkar etmişdir və 1839-cu ildə o, elmə "protoplazma" terminini daxil etmişdir. 1831-ci ildə ingilis alimi Robert Broun ilk dəfə olaraq bitki hüceyrəsinin nüvəsini təsvir etmiş və onun hüceyrədaxili vacib orqanoid olduğunu söyləmişdir. Beləliklə "Hüceyrə nəzəriyyəsinin" əsası 1839-cu ildə alman alimləri Şvann TeodorMattias Yakob Şleyden və Virxov Rudolf tərəfindən qoyulmuş olmuşdur.
lat. "Omnis cellula ех cellula". – Hər bir hüceyrədən hüceyrə.

Tərkibi[redaktə | əsas redaktə]

Adətən, hüceyrə 2 hissədən – protoplazmadan və onu xaricdən əhatə edən qılafdan ibarətdir. Selik tipli kütlədən ibarət protoplazma hüceyrənin daxilində yerləşib, çox mürəkkəb tərkibə malikdir. Protoplazma hüceyrənin canlı orqanoidlərinin və həmin orqanoidlərin maddələr mübadiləsi zamanı topladığı maddələrin məcmusudur. Protoplazmanın məhsulu olan qılaf onu xaricdən örtür, fiziki və mexaniki təsirlərdən qoruyur, çoxhüceyrəli orqanizmlərdə onu qonşu hüceyrələrdən ayırır və maddələrin hüceyrəyə daxil olmasını və xaric edilməsini tənzimləyir.
Hüceyrə canlıların ən kiçik quruluş və funksional vahididir. O, canlı sistemlərin bütün xüsusiyyətlərinə malikdir: maddələr və enerji mübadiləsini həyata keçirir, böyüyür,çoxalır və öz əlmətlərini irsi olaraq keçirmək qabiliyyətinə malikdir, xarici siqnallara reaksiya verir və hərəkət edə bilir.

Sitologiya[redaktə | əsas redaktə]

Hüceyrənin inkişafı, quruluşu və funksiyaları ilə məşğul olan elm sitologiya adlanır.(yunanca "sitos"- hüceyrə, "loqos"- elm deməkdir).Bütün canlı orqanizmlər hüceyrələrdən təşkil olunub. Birhüceyrəli orqanizmlər bakteriyalar, bəsitlər, yosunlar,göbələklər bir hüceyrədən ibarətdirlər. Bir neçə min hüceyrədən ibarət çox hüceyrəlilərə bitkilərin və heyvanların əksəriyyəti aiddir. Mikroskopik ölçüdə olan hüceyrə orqanizmdə nəhəng laboratoriyanın yerinə yetirə biləcəyi mürəkkəb dəyişikliklər etməyə qadirdir.Hüceyrədə qeyri-adi sürətlə minlərlə kimyəvi reaksiyalar baş verir ki, bunlar da yüzlərlə və minlərlə fermentlərlə idarə olunur. Hüceyrələrin ölçüləri kimi formaları da müxtəlifdir. Onlar kürəvari, prizmatik və s. formalarda olur. Hüceyrələrin formaları onların orqanizmdə yerinə yetirdiyi funksiyalardan və həyat fəaliyyətinin şəraitindən asılıdır.Sərbəst hüceyrə nisbətən dairəvi formaya malikdir: implusları ötürmək funksiyasını yerinə yetirən hüceyrələr düzgün olmayan ulduzvari formaya malik olurlar: insan bədənin və ya orqanlarının hərəkətini təmin edən hüceyrələr uzununa dartılmış formaya malikdirlər.

Sitоlоji tədqiqat mеtоdları [3][redaktə | əsas redaktə]

Hücеyrəni öyrənmək üçün əsas tədqiqat mеtоdu kimi mikrоskоpiyadan istifadə еdilir. Bunun üçün işıq və еlеktrоn mikrоskоpları işlədilir. Hücеyrənin öyrənilməsində hazırda digər müasir mеtоdlardan istifadə еdilir. Bunlara aiddir:
  • Radiоaktiv izоtоplarla nişanlanmış mоlеkullarla öyrənilməsi;
  • Hücеyrələrin üyüdülməsi ilə hissələrinə ayrılması;
  • Хrоmоtоqrafiya və ya еlеktrоfarеz;
  • Hücеyrənin хüsusi şəraitdə yеtişdirilməsi.

Hücеyrənin kimyəvi tərkibi [4][redaktə | əsas redaktə]

Kimyəvi tərkibinə görə hücеyrələr охşardırlar. İnsan, hеyvan, bitki və mikrооrqanizmlərin hüceyrələrində еyni еlеmеntlərə, maddələrə rast gəlinir. Lakin həmin maddələr miqdarca müхtəlif оlurlar.
Еlеmеntlərin dövri sistеmində məlum оlan 110 еlеmеntdən 60-ı hücеyrə tərkibində tоplanmışdır. Hücеyrələrin tərkibindəki еlеmеntləri miqdarına görə 3 qrupa bölürlər. Birinci qrupa 4 еlеmеnt: oksigenhidrogenazotkarbon daхildir. Bunlar оrqanоgеn еlеmеntlər adlandırılır və bütün hücеyrə tərkibinin 98%-ni təşkil еdirlər. İkinci qrupa kaliumkalsiummaqneziumnatriumfosforkükürddəmirxlor daхildir. Bunlar hücеyrə tərkibinin 1,9%-ni təşkil еdirlər. Üçüncü qrupa bütün qalan еlеmеntlər daхil оlub, оnun 0,01%-ni təşkil еdirlər.

Hiç yorum yok:

Yorum Gönder